ABŞ prezidenti Donald Tramp TikTok-un alınması ilə bağlı Çinlə razılığa gəldiklərini və bir qrup böyük şirkətin TikTok-u almaq istədiyini açıqlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“TikTok mövzusunda razılığa gəldik. Çinlə razılaşdıq. Cümə günü Çin sədri Xi ilə görüşəcəyəm və hər şeyi aydınlaşdıracağam. Yaxşı bir razılaşma əldə etdik və ümid edirəm ki, bu, hər iki ölkə üçün xeyirli olacaq”,- deyə Tramp bildirib.
Elmin Alışov