Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya 2027-ci ildə hava vergisi tətbiq edə bilər
dünya

Rusiya 2027-ci ildə hava vergisi tətbiq edə bilər

28-10-2026 21:00 16 Views
IMG

Rusiya Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin 2027-2029-cu illər üzrə federal büdcə layihəsinə dair hesabatına əsasən, 2027-ci ildən Rusiyada 258 yeni Rusiya təyyarəsinin icarəsi və istismarı xərclərini kompensasiya etmək məqsədilə əlavə aviasiya vergisi tətbiq oluna bilər.

 

Tvit.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təklifə əsasən, daxili uçuşlar üçün 500 rubl (10,56 manat), beynəlxalq uçuşlar üçün isə 1 000 rubl (21,12 manat) məbləğində ödəniş müəyyən edilə bilər. 

 

Sənəddə qeyd olunur ki, Rusiya Sənaye və Ticarət Nazirliyi prezidentin göstərişinə uyğun olaraq bu mexanizmi hazırlayır. Ödəniş təyyarə istehsalının genişləndirilməsini nəzərdə tutan kompleks proqram çərçivəsində MS-21, Tu-214, SSJ-NEW və Il-114-300 təyyarələrinin tədarükünü dəstəkləmək məqsədi daşıyır.

 

Aysel Şirinova