Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Uşakov: Putin və Trampın yeni sammiti mümkün ola bilər
dünya

Uşakov: Putin və Trampın yeni sammiti mümkün ola bilər

05-12-2025 19:00 9 Views
IMG

Rusiya–ABŞ sammiti zərurət yaranacağı halda çox tez razılaşdırıla bilər, lakin hələlik Moskva bu məsələ ilə bağlı heç bir siqnal almayıb.

Tvit.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Ola bilər. Ankoreci sözün əsl mənasında 3–4 gün ərzində razılaşdırmışdıq. Ona görə də, prinsipcə hər şey mümkündür. Amma hələlik bununla bağlı heç bir siqnal daxil olmayıb, biz bunu görmürük,” - deyə o, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni sammitin mümkünlüyü ilə bağlı şərh verərkən bildirib.

Aysel Şirinova