Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsveç bu ölkələrə yardımı dayandırır
dünya

İsveç bu ölkələrə yardımı dayandırır

05-12-2025 19:00 17 Views
IMG

İsveç Ukrayna naminə Afrika ölkələrinə maliyyə yardımını dayandıracaq.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı, ölkənin Xarici Ticarət Naziri Benjamin Dusa bildirib.

Departament rəhbərinin sözlərinə görə, Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviya maliyyələşməni itirəcək. Yığılan pul Kiyevə dəstək üçün istifadə olunacaq.

Beş ölkəyə veriləcək yardımın miqdarı 2026-cı ildə 700 milyon kron (74.39 milyon dollar), 2027-ci ildə isə 900 milyon kron (95.64 milyon dollar) olaraq qiymətləndirilib. Yenidən bölüşdürmə nəticəsində Ukraynaya qeyri-hərbi dəstəyin həcmi iki milyard krona (212.55 milyon dollar) yüksələcək.

İsveç həmçinin Boliviya, Liberiya və Zimbabvedəki səfirlikləri bağlayır, çünki bu ölkələrlə inkişaf proqramları mərhələli şəkildə dayandırılır.

Aysel Şirinova