Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya NATO SAAB-dan kəşfiyyat təyyarəsi əldə etməyə bilər
dünya

NATO SAAB-dan kəşfiyyat təyyarəsi əldə etməyə bilər

08-12-2025 11:00 15 Views
IMG

NATO İsveçin SAAB hərbi-sənaye konsernindən kəşfiyyat təyyarələrinin alınması ilə bağlı qərarı yaxın bir il ərzində verməlidir, əks halda alyans onları 2031-ci ilə qədər əldə edə bilməyəcək.

Tvit.az xəbər verir ki, bu barədə konsernin rəhbəri Mikael Yohansson məlumat verib.

O, bildirib ki, NATO-nun keçid etməyi planlaşdırdığı GlobalEye təyyarəsinə digər sifarişçilər də maraq göstərirlər. Onun sözlərinə görə, NATO yeni təyyarələri 2030 və ya 2031-ci ildə əldə etmək istəyirsə, “bir il ərzində” təcili şəkildə satınalma prosesinə başlamalıdır. Təyyarəyə xüsusilə Fransa iddialıdır.

Yohansson xəbərdarlıq edib ki, hər bir yeni sifariş alyans üçün təhvil müddətlərini uzadacaq və NATO üçün heç bir güzəşt edilməyəcək. əgər onlardan əvvəl sifariş vermiş ölkələrlə razılığa gələrək onların növbədəki yerini tutsalar alyans GlobalEye təyyarələrini daha tez əldə edə bilər.

Aysel Şirinova