Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukraynanı dəstəkləməyi dayandırmalıyıq - Trampın keçmiş müşaviri
dünya

Ukraynanı dəstəkləməyi dayandırmalıyıq - Trampın keçmiş müşaviri

08-12-2025 11:00 15 Views
IMG

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon Ukraynaya maliyyə, hərbi və kəşfiyyat dəstəyinin tamamilə dayandırılmasını tələb edib və bildirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, bildirib ki, belə olmasa Vaşinqtonun münaqişəni həll etmək üçün hazırladığı sülh planını həyata keçirmək mümkün olmayacaq.

"Bütün bunları dayandırmalıyıq. Hamısını - Pul, Silah, Kəşfiyyat dəstəyi", - o vurğulayıb.

Eyni zamanda, Bannon münaqişəni həll etmək üçün 28 maddədən ibarət sülh planının hazırkı layihəsini son dərəcə mürəkkəb və demək olar ki, mümkün olmayan adlandırıb.

Aysel Şirinova