ABŞ Ukrayna üzrə sülh danışıqlarına rəhbərlik etdiyi bir vaxtda onların Avropaya münasibətdə mövqeyi sərtləşir. Bu isə danışıqların həlledici anda gedişinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.
Tvit.az xəbər verir ki, bu barədə CNN məqalə dərc edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında ölkənin Avropanın öz müdafiəsini müstəqil şəkildə təmin edə bilməsi məsələsini prioritetə çevirmək niyyətində olduğu qeyd edilib.
Digər tərəfdən, prezident Donald Tramp administrasiyasının milli strategiyasında bir sıra Avropa tərəfdaşları ilə fikir ayrılıqlarının mövcud olduğu bildirilir. Sənəddə deyilir ki, Avropadakı bəzi hökumətlər “demokratiyanın əsas prinsiplərini ayaqlayırlar”.