Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş mətbuat üçün qapalı keçiriləcək.
Bildirilib ki, danışıqlarda ikitərəfli münasibətlər müzakirə olunacaq, eləcə də regional və qlobal aktual məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
Aysel Şirinova