Türkiyə və Macarıstan 16 razılaşma imzalayıb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə razılaşmalar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Vuktor Orbanla görüş zamanı əldə edilib.
Tərəflər bildiriblər ki, yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasına həsr olunmuş görüş çərçivəsində ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 16 razılaşma imzalanıb.
Prezident Macarıstanın türkdilli dünya ilə əməkdaşlığın inkişafına verdiyi töhfəni vurğulayıb və ölkəyə Türkiyənin strateji məqsədi – Avropa İttifaqına tamhüquqlu üzvlüyünün dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Ərdoğan bildirib ki, Türkiyə və Macarıstan 6 milyard ABŞ dolları həcmində ticarət hədəfinə yaxınlaşıblar və bu hədəfi 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. İqtisadi əməkdaşlıqdan əlavə, liderlər Avropadakı təhlükəsizlik məsələlərini, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin elm və innovasiyalar sahəsində birgə layihələrindən danışıblar.
Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin institutlaşmış əsasda həll edilməsi üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.