BMT Təhlükəsizlik Şurasının iclası London, Paris, Berlin və digər Avropa paytaxtlarının müharibəni "son ukraynalıya qədər" davam etdirmək marağını açıq şəkildə göstərib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya danışıb.
"Əslində, təşkilatçıların bütün səylərinə baxmayaraq, bu günkü görüşümüz London, Paris, Berlin və digər Avropa paytaxtlarının müharibəni son ukraynalıya qədər davam etdirmək marağını açıq şəkildə vurğulayır. Rusiyanı mümkün qədər zəiflətmək və 2014-cü ildə Ukraynada başladan, sürətlə iflas etmiş anti-Rusiya layihəsini xilas etmək üçün," - Nebenzya bildirib.
Aysel Şirinova