ABŞ Hərbi Hava Qüvvələri Minuteman III qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.
Vandenberq Hərbi Hava Qüvvələri Bazasından (Kaliforniya) buraxılan raket, Kvajalein Atoll (Marşal Adaları) yaxınlığındakı raket poliqonunun yaxınlığında təyin olunmuş nöqtəyə çatıb. Uçuş zamanı silahsız qitələrarası ballistik raket təxminən yeddi min kilometr məsafə qət edib.
Elmin Alışov