Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Baş nazir qərar imzaladı
sosial

Baş nazir qərar imzaladı

05-03-2026 10:00 11 Views
IMG

Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində "bir pəncərə prinsipi" üzrə bələdiyyələrə münasibətdə Ədliyyə Nazirliyinə müvafiq ərizələrlə müraciət edilməlidir.