Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu
sosial

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu

17-03-2026 13:00 13 Views
IMG

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Polisi Xidməti Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

 

Bildirilib ki, Elvin Bağırlı idarə etdiyi "VAZ-2121" markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.

 

"Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.


BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda qeyd edilib.