Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu istiqamətə uçuşlar təxirə salındı
sosial

Bu istiqamətə uçuşlar təxirə salındı

24-03-2026 20:00 11 Views
IMG

Almaniyanın Lufthansa qrupu Yaxın Şərq istiqamətində uçuşları müvəqqəti olaraq dayandırıb.

Tvit.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Təhlükəsizlik və əməliyyat səbəbləri ilə bir sıra şəhərlərə reyslər 24 oktyabr (2 noyabr) tarixinədək ləğv edilib.

Məlumata əsasən, dayandırılan uçuşlar Əbu-Dabi, Amman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Məsqət və Tehran hava limanlarını əhatə edir.

Qeyd olunub ki, qərar regionda mövcud vəziyyət nəzərə alınaraq qəbul edilib və sərnişinlərin təhlükəsizliyi prioritet hesab olunur. /metbuat.az/