Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlham Əliyev: "Azərbaycanda təbii qaz hasilatı artır və artacaq"
sosial

İlham Əliyev: "Azərbaycanda təbii qaz hasilatı artır və artacaq"

22-04-2026 21:00 31 Views
IMG

"İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq".

 

Tvit.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı bildirib.

 

Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.