Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu
sosial

Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu

23-04-2026 22:00 25 Views
IMG

Azərbaycan BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya"sına qoşulub.

 

Tvit.az bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabına istinadən xəbər verir.

 

Bildirilir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

 

"Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - deyə məlumatda vurğulanıb.