Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Müharibə məşhur brendlərin bazarına təsir etdi: "Dove", "Rexona", "Domestos"un qiyməti artır
sosial

Müharibə məşhur brendlərin bazarına təsir etdi: "Dove", "Rexona", "Domestos"un qiyməti artır

01-05-2026 18:00 18 Views
IMG

Yaxın Şərqdəki münaqişə fonunda "Dove", "Axe", "Rexona", "Domestos" və "Cif" kimi məşhur brendlər məhsullarının qiymətlərini artırırlar.

 

Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Məlumata görə, sözügedən məhsullar "Unilever" şirkətinə məxsusdur.

 

Şirkət qiymət artımını xammal, logistika və istehsal xərclərinin artması ilə əlaqələndirib.

 

"Unilever" 2026-cı il üçün satış və mənfəət proqnozunu saxlasa da, Londonda yerləşən şirkətin rəhbərliyi qiymətlərin tədricən 2-3% artacağı barədə xəbərdarlıq edib. Qurumun nümayəndələrinin sözlərinə görə, illik ümumi xərc inflyasiyası 750-900 milyon avro arasında olacaq. Bu da ilkin proqnozdan 350-500 milyon avro çoxdur.

 

Qeyd edilir ki, ABŞ-İran münaqişəsi fonunda artan logistika və istehsal xərcləri səbəbindən inflyasiya gözləniləndən daha yüksək olub.

 

"Unilever" həmçinin qida istehsalçısıdır. Şirkət "Carte D'Or", "Cornetto" və "Ekzo" dondurmaları, "Lipton" çayı, "Knorr" şorbaları və ədviyyatları istehsal edir.

 

"Reuters" agentliyi məlumat verir ki, Yaxın Şərqdə müharibənin başlanğıcından bəri "Nestle" və "Procter & Gamble" də daxil olmaqla onlarla şirkət məhsullarının qiymətini artırıb.