Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
sosial

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

15-05-2026 09:00 24 Views
IMG

Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-yə istinadən xəbər verir.

 

Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.