Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İcra başçısı yeni sektor müdiri təyin etdi
sosial

İcra başçısı yeni sektor müdiri təyin etdi

15-05-2026 13:00 13 Views
IMG

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.


Tvit.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.

 

Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl "Bakı Telefon Rabitəsi" MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb.