Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Səhər oyanarkən bunları etməyin! - Həkim tövsiyələrini verdi
sosial

Səhər oyanarkən bunları etməyin! - Həkim tövsiyələrini verdi

29-06-2026 10:00 20 Views
IMG

Böyük Britaniyadan olan terapevt - həkim Devid Vaynşteyn sağlamlığa mənfi təsir göstərə bilən geniş yayılmış səhər vərdişlərindən danışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daily Mirror nəşri yazıb. 

 

Həkimin sözlərinə görə, ən böyük səhvlərdən biri oyandıqdan dərhal sonra bir fincan qəhvə içməkdir. O bildirib ki, gecə yuxusundan sonra orqanizmin ilk növbədə suya ehtiyacı olur. Yüngül sidikqovucu təsirə malik olan qəhvə isə susuzlaşmanı artıra və baş ağrısına səbəb ola bilər.

Vaynşteyn, həmçinin günə hazır səhər yarmaları ilə başlamağı tövsiyə etməyib. Onun sözlərinə görə, belə səhər yeməklərinin tərkibində adətən çoxlu şəkər olur, lakin faydalı qida maddələri azlıq təşkil edir.

 

Həkim səhər yeməyindən tamamilə imtina etməyi də zərərli vərdiş hesab edir. Çünki bu, günün sonrakı saatlarında güclü aclıq hissi yarada və normadan artıq qidalanmaya səbəb ola bilər.

 

Britaniyalı həkim oyanan kimi smartfona baxmağı da zərərli vərdiş kateqoriyasına daxil edib. Səhər saatlarından etibarən xəbərlər və mesajlarla qarşılaşmaq stress səviyyəsini artırır və insanın emosional vəziyyətinə mənfi təsir göstərir.

Həkim səhvlərdən biri kimi səhər saatlarında heç olmasa minimal fiziki aktivliyin olmamasını da göstərib. O, avtomobil idarə etməyə başlamazdan və ya kompüter arxasında işə oturmazdan əvvəl qısa idman hərəkətləri etməyi və ya bir qədər piyada gəzməyi məsləhət görür. Bu, qan dövranını yaxşılaşdırmağa kömək edir.

 

Aysel Şirinova

Tvit.az