Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İranda gərginlik: Ölən və yaralanan var
dünya

İranda gərginlik: Ölən və yaralanan var

06-11-2026 12:00 12 Views
IMG

İran polisi Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Xeyrabad bölgəsində mülki şəxslərin olduğu avtomobili atəşə tutub. 


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər isə yaralanıb. Məlumata görə, polis əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən avtomobilə atəş açıblar.


Elmin Alışov