Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER YouTube-un abunəçilərinin sayı 150 milyonu ötüb – Reklam gəlirləri artıb
OTHER

YouTube-un abunəçilərinin sayı 150 milyonu ötüb – Reklam gəlirləri artıb

30-10-2026 21:00 19 Views
IMG

Google-ın ana şirkəti Alphabet YouTube-un abunə xidmətləri və reklam gəlirləri ilə bağlı yeni göstəriciləri açıqlayıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, YouTube Premium və YouTube Music xidmətlərinin ümumi abunəçi sayı 150 milyonu ötüb. Alphabet-in baş direktoru Sundar Pichainin sözlərinə görə, 2025-ci ilin martında bu göstərici 125 milyon olub. Beləliklə, təxminən 19 ay ərzində abunəçilərin sayı 25 milyon artıb.

 

Qeyd edək ki, 150 milyonluq göstəriciyə pulsuz sınaq müddətindən istifadə edənlər də daxildir. Şirkət Premium və Music xidmətlərinin ayrı-ayrılıqda abunəçi sayını açıqlamayıb.

 

YouTube-un reklam gəlirləri də artım göstərib. Platforma 2026-cı ilin üçüncü rübündə reklamdan 11,2 milyard dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəki 10,3 milyard dollarla müqayisədə 8,7% çoxdur.

 

Alphabet abunə xidmətlərinin də YouTube-un ümumi böyüməsinə mühüm töhfə verdiyini bildirib.

 

Aysel Şirinova