Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Məşhur müğənnidən əri və bacısı ilə bağlı dəhşətli etiraf
şou-biznes

Məşhur müğənnidən əri və bacısı ilə bağlı dəhşətli etiraf

03-11-2026 08:00 17 Views
IMG

ABŞ-li müğənni Britni Spirs şəxsi bloqunda bacısı Ceymi Linn və keçmiş həyat yoldaşı Kevin Federlaynın ünvanına sərt ittihamlar səsləndirib.

 

Tvit.az xəbər verir ki, ifaçı özünün sosial şəbəkə hesabında ailəsinin onunla qul kimi rəftar etdiyini və arxasınca gizli planlar qurduqlarını bildirib.

 

Spirs etiraf edib ki, bacısı Ceymi Linn ona kiçik bacısı qızı Ayvini qucağına almağa heç vaxt icazə verməyib, keçmiş əri isə ona ayaqyolundan istifadəni qadağan edib:

 

"Mənimlə qul kimi rəftar edirdilər, arxamca çoxlu sirləri var idi. Mənim isə bu vaxta qədər etdiyim tək şey atam üçün işləmək idi! Mən özümə yeni ailə tapacağam".

 

Oktyabrın ortalarında Spirs hələ də anası Linn və atası Ceymiyə qarşı qəzəbli olduğunu etiraf etmişdi: müğənni atasını onun həyatına tam nəzarət etməkdə günahlandırır.


Bundan öncə ifaçı sosial şəbəkədə atası Ceymi Spirsin səhhətindəki problemlərlə onun həyatını nəzarətdə saxladığı dövr arasında paralel apardığı bir paylaşım etmişdi.