Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Yağışa görə bu oyun təxirə düşdü
sport

Yağışa görə bu oyun təxirə düşdü

09-11-2026 17:00 7 Views
IMG

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb.

 

Tvit.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

 

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.