Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Son zəng"ə pul yığan direktorla bağlı araşdırma aparılacaq
sosial

"Son zəng"ə pul yığan direktorla bağlı araşdırma aparılacaq

09-05-2025 21:00 19 Views
IMG

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq”.

"Tvit.az" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

“Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib