İran və Özbəkistan arasında bir neçə əməkdaşlıq sənədi imzalanıb.
Tvit.az“Tasnim News” agentliyinə istinadən xəbər verir ki, dünən Tehranda İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif və Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı ilə əməkdaşlığa dair dörd Anlaşma Memorandumuna imza atılıb.
Məlumata görə, Arif yaxın vaxtlarda iki ölkə arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılacağını vurğulayıb.
Elmin Alışov