Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial DYP-dən müraciət: Bu maşınları magistral yollarda sürməyin!
sosial

DYP-dən müraciət: Bu maşınları magistral yollarda sürməyin!

14-05-2025 12:00 12 Views
IMG

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı texnikalarının sürücülərinə müraciət edib.

 

Bu barədə Tvit.az-a BDYPİ-dən məlumat verilib.

 

Bildirilib ki, son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir:

 

"Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub.

 

Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır.

 

Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur".

 

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə, texniki göstəricilərinə görə avtomagistrallarda hərəkəti qadağan olunmuş nəqliyyat vasitələrini bu yollarla idarə etməməyə çağırır.

 

Qeyd edilib ki, aşkarlanacaq hüquq pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.