Azərbaycan Ordusunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə Qarabağ bölgəsində keçirilən "Araz 2025" təlimi dörd gün ərzində yekun mərhələsini uğurla başa vurub.
Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
"Bu təlim iki ölkənin prezidentləri arasında ötən il əldə olunan razılaşma və müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə dair göstəriş əsasında həyata keçirilib", - SEPAH-ın Quru Qoşunları komandanının müavini və birgə təlimlərin komandanı Vəli Mədəni bildirib.
Qeyd olunub ki, ötən ilin noyabrında Ərdəbil əyalətinin Aslandüz bölgəsində "Araz birgə təlimi" baş tutub. "Araz 2025" təlimi Azərbaycanla İran arasında keçirilən ikinci birgə təlimidir.