Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu il ikinci Azərbaycan-İran biznes forumu da Bakıda keçiriləcək
sosial

Bu il ikinci Azərbaycan-İran biznes forumu da Bakıda keçiriləcək

27-05-2025 20:00 41 Views
IMG

İyunun 18-də Bakıda 50-yə yaxın İran şirkətinin iştirakı ilə Azərbaycan-İran biznes forumunun keçirilməsi planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, tədbir çərçivəsində həmçinin əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması məqsədilə iki ölkənin sahibkarları arasında B2B görüşləri də planlaşdırılır.

 

Bu, Azərbaycan və İran arasında 2025-ci ildə ikinci biznes forumu olacaq. Birincisi aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutmuşdu. O zamanda İrandan 120-dən çox iş adamı Azərbaycandakı həmkarları ilə əlaqə yaratmaq üçün gəlmişdi.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 2 980-ə yaxın İran şirkəti qeydiyyatdan keçib, İranın ölkəyə yatırdığı investisiyaların həcmi isə 5 milyard ABŞ dollarını keçib.


Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkələr arasında ticarət dövriyyəsi 204,54 milyon ABŞ dolları (illik müqayisədə 11,5 % artım) təşkil edib. Bu məbləğin 5,85 milyon ABŞ dolları (+29 %) Azərbaycandan mal ixracı, 198,69 milyonABŞ dolları (+11,1 %) isə idxalın payına düşüb.

 

2024-cü ilin yekunlarına görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon ABŞ dolları (+33 %) təşkil edib. Bakı və Tehran qarşılarına növbəti beş il ərzində illik ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq kimi iddialı məqsəd qoyublar.