Ötən il əsaslı xərclərdən “Həzi Aslanov” stansiyasının yükdaşıyıcı konstruksiyasının bərpasına 7,2 milyon manat vəsait ayrılıb.
Tvit.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.
Əlavə olaraq, ötən il metroda zəruri təmir və tikinti işlərinin görülməsinə isə 23,5 milyon manat vəsait xərclənib.
Qeyd edək ki, 2024-cü ildə “Bakı Metropoliteni” QSC 30,7 milyon manat subsidiya alıb.