Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı
sosial

Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı

30-05-2025 10:00 29 Views
IMG

Mayın 29-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.