Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
sosial

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

05-06-2025 11:00 37 Views
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

"Tvt.az" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 9 kiloqram 376 qram narkotik vasitə marixuana və 560 ədəd narkotik tərkibli metadon M- 40 həbi aşkar olunaraq götürülüb.