Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
sosial

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

06-06-2025 21:00 29 Views
IMG

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

 

Qeyd olunub ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

 

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

 

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.