Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial “Təzə bazar”da nöqsanlar aşkarlandı
sosial

“Təzə bazar”da nöqsanlar aşkarlandı

12-06-2025 15:00 40 Views
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus “Təzə bazar”da yoxlama aparıblar.

Agentlikdən "Tvit.az"a verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.

Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarının gözlənilmədiyi, qida məhsullarının saxlanılması üçün kifayət qədər soyuducularla təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanılmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.