Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rusiyadan idxal olunan toyuq dərisində uyğunsuzluq aşkarlandı
sosial

Rusiyadan idxal olunan toyuq dərisində uyğunsuzluq aşkarlandı

17-06-2025 17:00 27 Views
IMG

Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1,3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkar edilib.

Bu barədə Tvit.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.