Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
sosial

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

20-06-2025 16:00 19 Views
IMG

21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.