Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra tapıldı
sosial

Azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra tapıldı

27-06-2025 21:00 30 Views
IMG

II Dünya müharibəsində itkin düşmüş azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra Rusiyada tapılıb.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevin cəsədinin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb.

 

O, 1942–1943-cü illərdə Qırmızı Ordunun tərkibində döyüşlərdə iştirak edib.

 

2025-ci ilin fevralında Rusiyanın “Krasnoarmeets” adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı bir səngərdə bir-birindən bir metr aralıda yerləşən dörd əsgər cəsədi aşkarlayıb. Tapılan qalıqlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan və üzərində “M.F.Xudaverdiyev” yazılmış metal qaşıq vasitəsilə müəyyən edilib.

 

Aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin Lerik rayonunun Hoveri kəndindən olan, 1918-ci il təvəllüdlü Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

 

Məlumata görə, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində vuruşub. O, 1943-cü il iyunun 1-də Smolensk vilayətinin Verdino kəndi yaxınlığında gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu.