Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bağçalara müəllimlərin sənəd qəbulu başlayır
sosial

Bağçalara müəllimlərin sənəd qəbulu başlayır

14-07-2025 18:00 45 Views
IMG

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

 

Tvit.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

 

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.