Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Meta daha bir süni intellekt şirkətini satın alıb
dünya

Meta daha bir süni intellekt şirkətini satın alıb

14-07-2025 18:00 33 Views
IMG

“Meta” şirkəti süni intellekt şirkəti olan “Play AI”ni satın alıb.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, “Meta”nın sözçüsü bu alqı-satqını təsdiqləyib və Play AI-ın artıq Meta-nın tərkibinə daxil olduğunu bildirib. Lakin satınalmanın maliyyə dəyəri ilə bağlı hər hansı məlumat açıqlanmayıb.

İki şirkət arasında danışıqların bir neçə həftədir davam etdiyi bildirilirdi və dünənki rəsmi açıqlama ilə bu proses rəsmiləşib.

Qeyd edək ki, Mark Zukerberqin rəhbərlik etdiyi Meta şirkəti süni intellekt sahəsində liderliyi ələ keçirmək üçün ard-arda böyük addımlar atmağa davam edir. Qısa müddət əvvəl Meta-nın Scale AI şirkətinə 14 milyard dollar sərmayə yatırdığı bildirilmişdi. Ardınca isə şirkət, rəqiblərinin süni intellekt mütəxəssislərini transfer etməyə çalışmış və OpenAI işçilərinə milyonlarla dollar təklif etdiyi iddia olunmuşdu. Ötən həftə isə Apple şirkətinin süni intellekt sahəsində yüksək vəzifəli bir əməkdaşı ilə razılığa gəldiyi açıqlanmışdı.