Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Məşhur reperə qarşı cinayət işi açıldı
dünya

Məşhur reperə qarşı cinayət işi açıldı

18-07-2025 22:00 32 Views
IMG

Rusiya Daxili İşlər Nazirliyi (DİN) reper Face-ə (əsl adı İvan Dremin) cinayət işi açıb.
Tvit.az xəbər verir ki, bu barədə "Mash Telegram" kanalının məlumat yayıb.

Məlumata əsasən, reperi iki ilədək həbs cəzası gözləyir.

Bildirilib ki, iş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə başlanıb. Dremin 3 il əvvəl xarici agent kimi tanınmışdı. Bundan sonra o, öz postlarını qanunvericiliyə uyğun olaraq etiketləməyib.

Aysel Şirinova