Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya HƏMAS və İsrail saziş imzalayacaq
dünya

HƏMAS və İsrail saziş imzalayacaq

21-07-2025 16:00 33 Views
IMG

Fələstinli HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında atəşkəs və girovların bir hissəsinin azad olunması ilə bağlı razılaşma yaxın günlərdə imzalanacaq.

Tvit.az bu barədə radikal hərəkatın mövqeyinə yaxın olan "Maan" agentliyi məlumat yayıb.

Məlumata görə, razılaşma imzalanacaq və nəticə gələn həftənin əvvəlində elan olunacaq.

Məlumatda bildirilir ki, HƏMAS 60 gün müddətində Qəzza zolağında atəşkəs rejiminin yaradılmasını və bu dövr ərzində İsrail tərəfinə 10 girovun təhvil verilməsini nəzərdə tutan təkliflə razılaşıb.

Agentlik həmçinin istisna etmir ki, Fələstin sektorunda atəşkəslə bağlı razılaşmanın əldə olunması barədə bazar günü və ya razılaşmanın bütün detalları yekunlaşarsa, cümə günü elan oluna bilər.

Aysel Şirinova