Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ İsrailin tədqiqat fondlarına çıxışını kəsməyi təklif edir
dünya

Aİ İsrailin tədqiqat fondlarına çıxışını kəsməyi təklif edir

28-07-2025 23:00 44 Views
IMG

Avropa İttifaqı (Aİ) hökumətlərinin Qəzzada humanitar vəziyyətlə bağlı İsrailə təzyiqi artırmaq çağırışlarından sonra Avropa Komissiyası İsrailin Horizon tədqiqatının maliyyələşdirmə proqramına çıxışını qismən dayandırmağı təklif edib. 

Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir. 

Məlumata görə, Avropa Komissiyasının bəyanatında deyilir:

"İsrail Qəzzada döyüşlərdə gündəlik humanitar fasilə elan etsə də, vəziyyət ağır olaraq qalır. Təklif olunan dayandırma məqsədyönlü hərəkətdir". 

Bildirilib ki, bu təklif pilotsuz təyyarə texnologiyası, kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə iştirak edən İsrail startaplarının maliyyəyə çıxışını dayandırmaq demək olacaq. 

Qeyd edək ki, keçən il İsrail Almaniya və Fransa ilə birlikdə maliyyələşmə üçün yarışan şirkətlərin sayına görə ilk üçlükdə idi.

Aysel Şirinova