Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayacaq
dünya

Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayacaq

28-07-2025 23:00 40 Views
IMG

Rusiyanın baş naziri Mixail Mişustin bu il avqustun 1-dən Ukrayna ilə 20 keçid məntəqəsinin bağlanması barədə göstəriş verib. 

Tvit.az bu barədə Rusiya mediasına istinadən xəbər verir. 

Məlumata görə, onun imzaladığı sənəd hüquqi informasiyanın rəsmi saytında yer alıb. 

Qeyd edilib ki, siyahıya 13 avtomobil və 7 dəmir yolu keçid məntəqəsi daxildir. Sənəddə həmçinin qeyd olunub ki, 2022-ci ildən Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojya vilayətlərinin referendumundan sonra Rusiyaya yenidən birləşməsindən sonra Ukrayna ilə sərhəddə artıq yerləşməyib.

Aysel Şirinova