Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Yaxın həftələrdə Rusiyaya beynəlxalq sanksiyalar tətbiq ediləcək
dünya

Yaxın həftələrdə Rusiyaya beynəlxalq sanksiyalar tətbiq ediləcək

29-07-2025 19:00 51 Views
IMG

Yaxın həftələrdə Rusiyaya qarşı bütün beynəlxalq sanksiyaların sinxronlaşdırılması həyata keçiriləcək.

 Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Kritik dərəcədə vacibdir ki, sanksiyalar maksimum dərəcədə sinxronlaşdırılsın. Hazırda münasib məqamdır. Güclü və vahid sanksiya yumruğunu birləşdirib Rusiyanın hərbi büdcəsinə bütün gücümüzlə zərbə vurmağın vaxtı çatıb”, – deyə o bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Moskvaya münasibəti realist və qətidir. Sibiqanın sözlərinə görə, Rusiya münaqişəni uzadır və atəşkəsdən imtina edir.

Aysel Şirinova