Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Hindistandan gələn məhsullara rüsum tətbiq edəcək
dünya

ABŞ Hindistandan gələn məhsullara rüsum tətbiq edəcək

30-07-2025 17:00 77 Views
IMG

ABŞ Hindistandan idxal olunan məhsullara 25% gömrük rüsumu tətbiq edəcək.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşıb.

O qeyd edib ki, iki ölkə arasında dost münasibətlərə baxmayaraq, ABŞ Hindistanla nisbətən az ticarət edir, çünki bu ölkədə dünyada ən yüksək rüsumlardan biri olan həddən artıq yüksək tariflər, həmçinin çox sərt və xoşagəlməz qeyri-maliyyə baryerləri mövcuddur.

Tramp diqqətə çatdırıb ki, Hindistan həmişə hərbi texnikanın böyük hissəsini Rusiyadan alıb və Çinlə yanaşı, Rusiyanın enerji resurslarının ən böyük alıcılarından biridir. 

“Bu səbəbdən 1 avqustdan etibarən Hindistan 25%-lik rüsum və yuxarıda sadalananlara görə əlavə cərimə ödəyəcək”, – ABŞ prezidenti yazıb.

Aysel Şirinova