Ukrayna prezidenti Vladimir Zelenski müharibəni dayandırmaq üçün texniki görüşlərdən rəhbərlik səviyyəsində danışıqlara keçməyə çağırıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Rusiyada kimin qərarlar verdiyini və kimin bu müharibəyə son qoymalı olduğunu başa düşürük. Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyəli bəyanatlardan və müzakirələrdən liderlər görüşünə keçməyi təklif edir”,- deyə Zelenski bildirib.
Elmin Alışov