Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ermənistan hökumətindən Ağ Evdə görüş xəbərlərini təkzib etmədi
dünya

Ermənistan hökumətindən Ağ Evdə görüş xəbərlərini təkzib etmədi

04-08-2025 18:00 41 Views
IMG

Ermənistan hökuməti Ermənistan və Azərbaycan rəhbərlərinin ABŞ-də sülh sazişi üçün mümkün görüşü barədə xəbəri təkzib etməyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, hökumət mətbuat xidmətindən Ermənistan İctimai Televiziyasının proqramına bildirilib ki,  mətbuatda və sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın ABŞ-ə nəzərdə tutulan səfəri ilə bağlı yayılan məlumatı nə təkzib, nə də təsdiq edə bilərlər.

"Bu səviyyədə səfərlər barədə ictimaiyyətə vaxtında məlumat verilir və “belə bir açıqlama olmayana qədər bu məlumat təsdiqlənmiş hesab edilə bilməz”, - deyə bildirilib.

Aysel Şirinova