Bölgənin yenidən formalaşan qlobal sistemində Türkiyəni qütb ölkəsi etmək üçün mübarizəmiz davam edəcək.
Tvit.az xəbər verir ki, bu fikirləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Bölgənin yenidən formalaşan qlobal sistemində Türkiyəni qütb nöqtəsi dövləti etmək üçün mübarizəmiz qurulan tələlərə, həm daxildən, həm də xaricdən edilən hücumlara baxmayaraq davam edir. Biz təhlükəsizlik və demokratiyadan tutmuş iqtisadiyyat və texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər geniş sahədə millətimizin gələcəyini təmin etmək üçün tarixi addımlar atırıq”,- deyə Ərdoğan bildirib.
Elmin Alışov