Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hökumə Əliyevanın doğum günü ilə əlaqədar Bakı aeroportunda bir dəqiqəlik sükut elan olunub
sosial

Hökumə Əliyevanın doğum günü ilə əlaqədar Bakı aeroportunda bir dəqiqəlik sükut elan olunub

08-08-2025 18:00 36 Views
IMG

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

 

Bu barədə Tvit.az-a hava limanından bildirilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.