Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin nümayəndəsi Stefan Düjarrik Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın qarşıdan gələn sammitini şərh edib.
Tvit.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, BMT “konstruktiv dialoqu” alqışlayır.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp rusiyalı həmkarı ilə qarşıdan gələn zirvə görüşünü açıqlamışdı . Görüş avqustun 15-nə planlaşdırılıb. Söhbətin əsas mövzusu Ukrayna böhranının nizamlanması, digər məsələlər də gündəmdə olacaq